Yardımlının yaşayış məntəqələrinin qazlaşdırılması davam edir

 

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq, Yardımlı rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması davam edir.

Bu il rayonun Bilnə və Bozayran kəndlərinə təbii qaz verilmişdir. Beləliklə, təbii qaz istehlakçılarının sayı əhali sektoru üzrə 1557-yə, qeyri-əhali sektorunda isə 14-ə çatmışdır. Həmçinin Yardımlı şəhərinin daha bir küçəsində qazlaşma işləri başa çatdırılmışdır. Başqa bir küçəyə, eləcə də Qabaqdibi  Mişkireyn kəndlərinə qaz xəttinin çəkilişi isə davam edir. Hazırda rayonun 8 yaşayış məntəqəsi təbii qazdan istifadə edir.

 

Azərbaycan. - 2013.- 8 avqust.- S. 10.