Erməni silahlı birləşmələri cəbhə xəttində atəşkəs rejimini pozmaqda davam edirlər

 

Ermənistan ordusunun bölmələri avqustun 6-da və 7-də gecə Ermənistanın İcevan rayonunun ParavakarBerkaber kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Qızılhacılı kəndlərində yerləşən mövqelərini atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ermənilər Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərindən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutmuşlar.

Azərbaycan Respublikasının Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulmuşdur.

Düşmən cavab atəşi ilə susdurulmuşdur.

 

Azərbaycan. - 2013.- 8 avqust.- S. 12.