Şəhidlərin xatirəsinə ehtiram

 

İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Letta Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində avqustun 11-də Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada İtaliya hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

İtaliya hökumətinin başçısı Enriko Letta Azərbaycan paytaxtının mənzərəsini seyr etdi.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 13 avqust.- S. 3.