Səfər başa çatdı

 

Avqustun 12-də İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 13 avqust.- S. 3.