Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 10/73

 

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü 30-cu maddələrinə uyğun olaraq qərara alır:

 

1. Roza Abas qızı Babayeva və Mətanət Musa qızı Mehdiyeva 30 saylı Suraxanı birinci, Rövşən Əlxan oğlu Tahirov 32 saylı Suraxanı üçüncü, İbrahim Həsən oğlu Cəfərov 38 saylı Nizami ikinci (Gəncə), Sahib Məmmədbağır oğlu Rzayev 39 saylı Kəpəz birinci (Gəncə), Hicran İsa oğlu Əliyev 45 saylı Abşeron, Nərgiz İbrahimxəlil qızı Vəliyeva 92 saylı Zərdab-Ucar, Elman Telman oğlu İsmayılov 114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

 

2. Nurəddin Musa oğlu Kərimov 22 saylı Nəsimi ikinci, Hüseyn Həsən oğlu Məmmədov 23 saylı Nəsimi-Səbail, Arif Yusif oğlu Xəlilov 30 saylı Suraxanı birinci, Dadaş Sərxoş oğlu Əliyev və Gülağa Əhməd oğlu Allahverdiyev - 32 saylı Suraxanı üçüncü, Rafail Mikayıl oğlu Xəlilov 38 saylı Nizami ikinci (Gəncə), Ehtibar Aydın oğlu Həsənov 82 saylı Ağcabədi, Firuzə Kərim qızı Qocayeva, 92 saylı Zərdab-Ucar, Nemət Əhməd oğlu Əhmədov 114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

 

Sədr        Məzahir Pənahov

 

Katib       Arifə Muxtarova

 

Katib       Mikayıl Rəhimov

 

 

11.08.2013

 

Azərbaycan. - 2013.- 13 avqust.- S. 5.