Kənd təsərrüfatı naziri Şamaxı rayonunda vətəndaşları qəbul edəcəkdir

 

Kənd təsərrüfatı naziri İsmət Abasov avqustun 16-da saat 11.00-da Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu, QobustanAbşeron rayonlarının sakinlərini qəbul edəcəkdir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Şamaxı rayonuna gəlmələrinin təşkili Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcəkdir.

 

Əlaqə telefonu: (050) 386-18-14.

 

Azərbaycan. - 2013.- 13 avqust.- S. 6.