Azərbaycan ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası arasında münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Avqustun 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Halil Akıncı ilə görüşmüşdür

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə TDƏŞ arasında münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Halil Akıncı təmsil etdiyi təşkilatın fəaliyyətinə Azərbaycanın verdiyi töhfələri yüksək qiymətləndirmişdir.

Görüşdə həmçinin TDƏŞ-ə üzv ölkələrin bu günlərdə Qəbələdə keçiriləcək zirvə görüşü müzakirə olunmuş, eləcə də tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan. - 2013.- 13 avqust.- S. 9.