Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycan Respublikasına səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiya Federasiyasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın həmsədri Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 14 avqust.- S. 2.