2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslərin Azərbaycan Ümid Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 12/79

 

 

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizəd irəli sürmüş Azərbaycan Ümid Partiyası 2013-cü il 7 avqust tarixli IV (VI) qurultayının 4.2.3 və 4.2.5 saylı qərarları ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

 

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Azərbaycan Ümid Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

 

1.1. Səlahiyyətli nümayəndələr:

 

- Ənvər Sərdar oğlu Ağazadə;

 

- Nəsimi Əhməd oğlu Məmmədli;

 

- Taleh Məhəmməd oğlu Əliyev;

 

- Faiq Həsən oğlu Əliyev;

 

- Razı Umudəli oğlu Abasov;

 

- Qasım Rəhim oğlu Həsənov;

 

- Ruslan Teymur oğlu Mürsəlov;

 

- Könül Fəhrad qızı Quliyeva;

 

- Rəfail Alı oğlu Tağızadə;

 

- Aynurə İmran qızı İmranova;

 

- Səməd Əbdüləli oğlu Hətəmov;

 

- Rüfət Habil oğlu Muradov.

 

1.2.  Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

 

- Təbriz Söhrab oğlu Dadaşov;

 

- Elnurə Zakir qızı Əliyeva.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr              Məzahir Pənahov

 

Katib             Arifə Muxtarova

 

Katib             Mikayıl Rəhimov

 

 

13.08.2013

 

Azərbaycan. - 2013.- 14 avqust.- S. 4.