«Qərbi Çıraq»dan ilin sonunda hasilata başlanması planlaşdırılır

 

"Qərbi Çıraq" platformasının üst modulları dənizə yola salınmağa hazırdır. Əlverişli hava şəraitindən asılı olaraq onun yaxın vaxtlarda Xəzərdəki daimi yerinə göndərilməsi və orada əvvəlcədən quraşdırılmış dayaq bloku üzərində yerləşdirilməsi gözlənilir. Platformadan ilk neftin isə bu ilin sonunda alınacağı nəzərdə tutulub.

Keçən ay Prezident İlham Əliyev Bakının Bibiheybət qəsəbəsindəki ATA ("AMEK-Tekfen-Azfen") tikinti-quraşdırma sahəsində yeni platformanın burada inşa edilmiş dayaq bloku ilə tanış olmuşdur görülən işlərdən razılığını bildirmişdir.

Qeyd edək ki, "Qərbi Çıraq" platformasının tikintisi yeni "Çıraq Neft Layihəsi" (ÇNL) çərçivəsində görülən işlərin bir hissəsidir. Yeni platforma "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda neft hasilatını sabitləşdirməyə layların neft verimini maksimuma çatdırmağa kömək edəcək. ÇNL-nin həyata keçirilməsinə ayrılmış 6 milyard dollar vəsaitdən 4 milyard dolları məhz qurğuların tikintisinə hasilat quyularının qazılmasına sərf olunacaq.

"Qərbi Çıraq" BP şirkətinin əməliyyatçılıq etdiyi AÇG yataqlarının işlənməsinin müqavilə sahəsində sayca 8-ci platforma olacaq. Qurğu bütövlüklə Azərbaycanda, yerli infrastrukturdan istifadə edilərək tikilib. Onun gündəlik layihə gücünü 25 min  ton neft 6,5 milyon kubmetr qaz təşkil edir. Platformanın dayaq bloku indiyədək Xəzər regionunda inşa edilmiş ən ağır dayaq blokudur. Blokun ümumi çəkisi 18 min 200 ton, hündürlüyü 185 metrdir.

"Qərbi Çıraq"ın tikintisinə təxminən 4 min nəfər işçi cəlb olunmuşdur ki, bunların da 90 faizə qədəri Azərbaycan vətəndaşıdır. Platformanın 175 nəfər üçün layihələndirilmiş yaşayış bloku da var.

 

Azərbaycan. - 2013.- 14 avqust.- S. 6.