Şəki Xan sarayı - əsrlərin şahidi

 

Şəki Xan sarayı Azərbaycan xalqının tarixindən soraq verən möhtəşəm bir abidədir. İllər, onilliklər, yüzilliklər keçir, amma tarixin bu parlaq nişanəsinə maraq azalmır.

Səbəb isə budur ki, Xan sarayı bənzərsiz memarlıq nümunəsi olmaqla yanaşı, həm də xalq sənətini nümayiş etdirən əbədi bir sərgidir. Burada otaqdan-otağa keçdikcə tavanda, divarlarda əks olunmuş mənzərələr insanı valeh edir.

Min cür çiçək təsviri, naxışlar, rəsmlər, bəzəklər, ovdöyüş səhnələri sanki dil açıb nağıl danışır. Əslində isə bunlar nağıl deyil, həqiqətdir. Xalqımızın mədəniyyətindən və mənəviyyatından, zövq və istedadından, təfəkküründən və təxəyyülündən söhbət açan bir həqiqət...

Elə buna görə də Xan sarayı həmişə qonaqlı-qaralı olur.

 

Azərbaycan. - 2013.- 14 avqust.- S. 8.