Dövlət başçıları Rusiyanın Xəzər Flotiliyasının «Dağıstan» raket gəmisinə və Azərbaycan Hərbi Dəniz Donanmasının «Bakı» gözətçi gəmisinə baxmışlar

 

Avqustun 13-də Dağüstü parkla tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiyanın Xəzər Flotiliyasının Bakıda qeyri-rəsmi səfərdə olan "Dağıstan" raket gəmisinə və Azərbaycan Hərbi Dəniz Donanmasının "Bakı" gözətçi gəmisinə baxmışlar.

Dövlət başçıları əvvəlcə "Dağıstan" raket gəmisi ilə tanış oldular. Gəminin komandiri prezidentlərə raport verdi.

 Rusiya Prezidenti Vladimir Putin əsgərləri salamladı.

Dövlət başçıları "Dağıstan" raket gəmisi ilə tanış oldular.

Qeyd edək ki, Rusiyanın Xəzər Flotiliyasına məxsus gəmi dəstəsi Prezident Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində Bakıya qeyri-rəsmi səfərə gəlmişdir. Rusiya tərəfinin dəvəti ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi dəstəsi bu ilin ikinci yarısında Rusiyaya səfər edəcəkdir.

Sonra dövlət başçıları Azərbaycan Hərbi Dəniz Donanmasının "Bakı" gözətçi gəmisinə gəldilər.

Gəminin komandiri Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Dövlət başçısı dənizçiləri salamladı.

Prezidentlər "Bakı" gözətçi gəmisi ilə tanış oldular.

Daha sonra "Dağıstan" raket gəmisinin kapitanı dövlət başçılarına xatirə hədiyyəsi təqdim etdi.

Prezident Vladimir Putin gəminin kapitanından soruşdu ki, adın nədir?

 

Kapitan: Vüsal.

 

Vladimir Putin: Sən azərbaycanlısan?

 

Kapitan: Elədir ki, var. Sağ olun.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 15 avqust.- S. 1.