İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Prezidenti İlham Əliyevin İsmayıllı Qəbələ rayonlarına səfəri

 

Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı əvvəlcə İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov Prezident

İlham Əliyevə ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Bu istirahət mərkəzində qısa müddətdə böyük abadlıq-quruculuq işləri görülmüş, fəvvarələr quraşdırılmış, yaşıllıq salınmışdır.

Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirdi.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 15 avqust.- S. 3.