Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin görüşü

 

Avqustun 15-də Qəbələdəki Prezident iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin görüşü olmuşdur.

Görüşdə Qəbələdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının əhəmiyyəti vurğulandı. Bu tədbirin ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığa təkan verəcəyi qeyd olundu. Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələrin inkişafının vurğulandığı görüşdə nəqliyyat sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirildi.

Söhbət zamanı müxtəlif sahələrə dair geniş fikir mübadiləsi aparıldı.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 16 avqust.- S. 1.