Şəkidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Oğuza səfərini başa çatdıraraq Şəkiyə gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzindəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, son dövrlərdə bu ərazidə abadlıq işləri aparılmış, yaşıllıq zolağı daha da genişləndirilmişdir.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 16 avqust.- S. 4.