ÜDM istehsalı 5 faiz artıb

 

Qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi isə 55 faizə yaxındır

 

Dövlət Statistika Komitəsinin son məlumatına görə, cari ilin yanvar-iyul aylarında ölkədə 32,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir. ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 3,7 faiz artaraq 3484,7 manat (4441,3 ABŞ dolları) təşkil etmişdir.

Əlavə dəyərin 63,8 faizi istehsal sahələrində, o cümlədən 47,7 faizi sənayedə, 10,8 faizi tikintidə, 5,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 29,7 faizi isə xidmət sahələrinin payına düşmüşdür. Məhsula idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil etmişdir.

Xidmət sektorunda əlavə dəyər istehsalının 25,2 faizi ticarət nəqliyyat vasitələrinin təmiri, 18,8 faizi nəqliyyat anbar təsərrüfatı, 7,2 faizi turistlərin yerləşdirilməsi ictimai iaşə, 5,8 faizi informasiya rabitə, 43 faizi sosial digər xidmət sahələri tərəfindən təmin edilmişdir.

Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artmış, onun ÜDM- xüsusi çəkisi 54,8 faiz təşkil etmişdir. Neft-qaz hasilatı emalı sahələrində ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz az əlavə dəyər istehsal edilmişdir.

Məlumatda daha sonra bildirilir ki, cari ilin 7 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 33,8, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 20, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,2, informasiya və rabitə xidmətlərində 6,9, kənd təsərrüfatı, meşə təsərrüatı və balıqçılıqda 4,8, nəqliyyat və anbar təsərrüfatında 4,2, sosial və digər xidmət sahələrində 3 faiz artmışdır.

 

Azərbaycan. - 2013.- 16 avqust.- S. 9.