Əhalinin etibarlı ərzaq təminatı

 

sosial dayanıqlığın, iqtisadi sabitliyin və hərbi gücün başlıca meyarıdır

 

Müasir dövr dünya miqyasında ildən-ilə ekoloji tarazlığın pozulması, ətraf mühitə texnogen antropogen amillərin mənfi təsirlərinin çoxalması, elmin son nailiyyətləri əsasında geni modifikasiya olunmuş bitki sortlarının yaradılması, yeniləşən aqrobiosenozlar mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi onlardan səmərəli istifadə olunması problemini aktuallaşdırmışdır.

Dünya alimləri hazırda əhalinin ərzaq təminatının yaxşılaşdırılması probleminin həlli yolunu mədəni bitkilərin genetik ehtiyatlarinin mühafizəsi və səmərəli istifadəsi üçün milli genbankların yaradılmasında, bu istiqamətdə beynəlxalq aləmdə infomasiya və təcrübə mübadiləsinin yaradılmasında, onlardan kənd təsərrüfatında və elmi-praktiki işlərdə istifadə olunmasında görürlər. Bu məqsədlə də inkişaf etmiş ölkələrdə mədəni bitkilərin genetik ehtiyatlarından ibarət irimiqyaslı milli genbanklar yaradılır. Azərbaycanda da belə bir Milli Genbankın yaradılması haqqında qanunun qəbul edilməsi dövrümüzün tələbidir və təqdirəlayiqdir.

İnkisaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi, müxtəlif seleksiya üsulları ilə zənginləşdirilməsi və onlardan səmərəli istifadə olunması müasir dövrdə ən aktual problemlərdən biridir. 2011-ci il dekabrın 13-də Azərbaycanda "Mədəni bitkilərin genetik ehtiyatlarinin mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun qəbul edilmişbu qanunun tətbiqi ilə bağlı Prezident iki fərman (2012-ci il 7 fevral tarixli 576 saylı və 2012-ci il 17 iyul tarixli 690 saylı) imzalamışdır. Qanunda Milli Genbankın yaradılması üçün ümumi müddəalar, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində idarəetmənin əsasları,  mədəni bitkilərin genetik ehtiyatları ilə bağlı fəaliyyətə dövlət nəzarətinin təşkili, mədəni bitkilərin genetik ehtiyatları üzərində mülkiyyət, qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli yolları müəyyənləşdirilmişdir. Qanunun məqsədi mədəni bitkilərin milli genofondunun qorunması, ondan səmərəli istifadə olunması və onu gələcək nəsillərə ötürməklə dövlətin ərzaq, ekolojibioloji ehtiyatlarınin təhlükəsizliyinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 20-ci bəndlərinə əasasən, mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatlarının ərzaq məhsulları istehsalı və kənd təsərrüfatı, elmi-tədqiqat, seleksiya və maarifləndirmə fəaliyyəti, habelə indiki və gələcək nəsilləruin maraqlarını nəzərə almaqla sosial-mədəni və tarixi irsin mühafizəsi üçün qorunması və səmərəli istifadəsinin hüquqi əsaslarını müəyyən edir.

"Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2012-ci ildə 259 saylı qərarı olmuşdur. Qərara görə, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi Texniki Şura yaradılmalıdır. Qanunun icra mexanizmi ilə əlaqədar bir sıra sənədlər, o cümlədən qaydalar və əsasnamələr qəbul edilmiş, müvafiq təşkilati işlər yerinə yetirilmişdir. Qərarda ölkədən çıxarılmasına nəzarət edilən mədəni bitkilərin ölkənin milli genofonduna aid bitkilərin, onların genetik materiallarının siyahısı, müasir biotexnolojigen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi-tədqiqat, sınaq və sərgilərdə nümayişi məqsədilə idxal qaydaları və s. müəyyənləşdirilmişdir. Hazırda qanuna müvafiq olaraq ekspert şuraları və işçi qrupları yaradılaraq və təqvim planlarının hazırlanması prosesi gedir. Bütün bu işlərdə beynəlxalq şəbəkələrin, xüsusən ECPGR-nin təcrübəsindən istifadə edilir.

Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində fəaliyyətin əsas prinsiplərinə ekoloji, iqtisadisosial maraqların elmi əsaslarla uzlaşdırılması, fəaliyyət proqramında aqrofitomüxtəlifliyin qorunub saxlanılması, aqroekosistemlərin təbii və sosial-iqtisadi xüsusiyyətlərinin nəzərə alınması, antropogen çirklənmənin müəyyənləşməsi və qarşısının alınması üçün elmi konsepsiyaların hazırlanması, xarici ölkələrdən daxil olan genetik modifikasiya edilmiş, xüsusilə heyvan genləri köçürülmüş  bitkilərin müəyyənləşdirilməsi və yayılmasının qarşısının alınması, xalq seleksiyası və müxtəlif genetik üsullarla yaradılan yeni sortların genetik paşportlaşdırılması daxildir. Mədəni bitkilərin genetik pasportlaşdırılması onlardan daha dolğun istifadə edilməsi imkanı yaradır.

Qanuna uyğun olaraq, Milli Elmlər Akademiyasının, Kənd Təsərrüfatı,  Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin iştirakı ilə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi Texniki Şura yaradılmış və AMEA-nın Genetik Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici İnstitut kimi müəyyən edilmişdir.

Ölkənin müxtəlif iqlim qurşaqlarında yayılan mədəni bitkilərin genofondunun toplanması, onlardan ibarət dövlət əhəmiyyətli milli kolleksiyaların yaradılması gələcəkdə genetik ehtiyatların qorunmasına, onların toxumçuluqtinglik təsərrüfatlarında artırılması nəticəsində əhalinin ekoloji təmiz ərzaq məhsulları ilə təmin olunmasında mühüm rol oynayacaq. Mədəni bitkilərin genofondunun tədqiqi istiqamətindəki bütün elmi məlumatlar toplanılaraq dövlət səviyyəsində yaradılan milli kataloqda, Mərkəzi Məlumat Bazasında və Milli Genbankda qorunacaq. Bu qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsində bütün ölkə vətəndaşları, müvafiq elmi-tədqiqat və təhsil müəsisələri, qeyri-hökumət təşkilatları, kənd təsərrüfatı və digər məhsul istehsalçıları fəallıq göstərməlidirlər.

Milli genbanklar elmi-tədqiqat institutları, sahibkarlar, kənd təsərrüfatı müəssisələrı və icra orqanları tərəfindən yaradıla bilər. Onlarda toplanmış bitki nümunələri, toxumlar və hüceyrə plazmalarının, nuklein turşularının məlumat bazaları kompyuterdə yerləşdirilir və daim yeniləşməklə beynəlxalq şəbəkələrə qoşularaq fəaliyyət göstərir. Belə məlumatların  və nümunələrin beynəlxalq səviyyədə mübadiləsi müvafiq qanun çərçivəsində həyata keçirilir.

Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramında (Milli Proqram) prioritet istiqamətlər müəyyənləşdirilmiş, kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi üçün fiziki şəxslərə imtiyazların verilməsi, təbii və texnogen təsirlərdən yerli ənənəvi aqroekosistemlərin bərpası məqsədilə yerli bitki, milli, regional və beynəlxalq səviyyələrdə bu istiqamətdə əlaqələndirmə fəaliyyətinin həyata keçirilməsi planlaşdırılmışdır. Bu qanunun reallaşdırılması üçün idarəetmə şəbəkəsinə Milli Texniki Şura, Milli Genbank, ixtisaslaşdırılmış ekspert şuraları və prioritet fəaliyyət göstərən işçi qrupları daxildir. İşçi qrupları tərəfindən toplanmış bitki, hüceyrə plazması, nuklein turşusu nümunələri qəbul edilmiş qaydada sənədləşdirilərək Mərkəzi Milli Genbanka daxil edilir.

Azərbaycan ərazisində müxtəlif iqlim qurşaqları mövcuddur. Bu ərazilərdən toplanmış nümunələr regionlar üzrə salınacaq bitki genetik ehtiyatlarının kolleksiya bağlarında cəmlənir. Əldə olunmuş bütün məlumatlar isə Milli Genbanka ötürülür.

Azərbaycanda mədəni bitkilərin genofondunun zənginliyi milli sərvətimizdir. Regionda becərilən bitkilərdən taxılların, paxlalıların, texniki, yem və dərman əhəmiyyətli bitkilərin, ənənəvi aborigen, kənd təsərrüfatı, müxtəlif bəzək, tərəvəz bitkilərinin, meyvə, giləmeyvə və üzümün zəngin genofondu yayılmışdır. Bütün becərilən bitkilərin genetik ehtiyatlarının tədqiqi, toplanılması, nadir və itməkdə olan sortların müəyyənləşdirilməsi, onların artırılması regionlar üzrə salınacaq müvafiq kolleksiya bağlarında qorunması və  səmərəli istifadəsi üçün elmi konsepsiyaların irəli sürülməsi sözügedən qanunun əsas tələblərindəndir.

Hazırda xüsusi mülkiyyətə əsaslanan bazar münasibətlərinin ön plana çıxması, kənd  əhalisinin maddi gəlirinin daha çox bazar münasibətlərindən asılı olması becərilən bitkilərin genetik ehtiyatlarından səmərəli və məqsədyönlü istifadə olunması problemini aktuallaşdırmışdır. Azərbaycanda becərilən bitkilərin bölgələr üzrə genetik ehtiyatlarının toplanması, düzən, dağətəyi və dağlıq ərazilərdə uyğun sortlardan ibarət kolleksiya bağlarının salınması mühüm elmi-praktiki əhəmiyyət daşıyır.

Mədəni bitkilərin genofondunun bölgələr üzrə öyrənilməsi, botaniki təsvirlərinin aparılması, iqtisadi əhəmiyyəti və beynəlxalq miqyasda qəbul edilmiş deskriptor qeydiyyatlarının aparılması mütəxəssislərdən ibarət müvafiq işçi qrupları tərəfindən yerinə yetirilir. Qanunda belə kolleksiya bağlarının yaradılması fiziki və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələblərinə uyğun  müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə həyata keçirilir və dövlət mülkiyyətinə daxil edilir. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə dövlət nəzarətini həyata keçirən orqanın qərarı mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektləri üçün məcburidir. Bölgələrdə salınan mədəni bitkilərin genetik ehtiyatlarının qorunması və səmərəli istifadəsi üçün kolleksiya bağları müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır, orada toplanmış qiymətli və nadir nümunələrin qorunmasına, elmi-praktiki istifadəsinə qayğı göstərilir. Genetik ehtiyatların toplanıldığı kolleksiya bağlarının ərazisi dövlət orqanları tərəfindən müvafiq qaydada qorunur. Mədəni bitkilərin genetik ehtiyatları, kolleksiya bağları müvafiq elmi-tətqiqat müəssisələrinin, icra orqanlarından əlavə bu işdə iştirak edən sahibkarların hüquqları da həmçinin qorunur.

Azərbaycanda kolleksiya bağlarının salınması elmi-tədqiqat müəssisələrinin öhdəsinə düşür. Bu işdə müvafiq təhsil müəssisələri də yaxından iştirak etməlidir. Daimi kolleksiya bağlarının salınması üçün münbit və əlverişli torpaq sahələri müəyyənləşdirilməlidir. Bu işlər elə təşkil edilməlidir ki, mədəni bitkilərin genetik ehtiyatları toplanan kolleksiya bağları rentabelli fəaliyyət göstərsin. Bütün bu işlər regionda yayılan ənənəvi mədəni brend bitkilərinin və onların areallarının siyahısının tərtib edilməsi ilə müşayiət olunmalıdır. Hər il regionda mədəni bitkilərin genetik ehtiyatlatı ilə bağlı toplanılmış elmi məlumatlar Azərbaycanda yaradılmış məlumat bazasına və Milli kataloqa daxil ediləcək. Qanunda kolleksiya bağlarından elmipraktiki istifadə qaydaları da müəyyənləşdirilmişdir. Bu qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən bağlanmış müvafiq müqavilələr əsasinda həyata keçirilir. Həmin materialların respublikadan icazəsiz kənar dövlətlərə aparılması, ənənəvi brend bitkilərin qorunmaqla xarici ölkələrə çıxarılması qadağan edilmişdir.

Son dövrlər genetik modifikasiya olunmuş bitki sortlarının sayı xeyli artmışdır. Belə məhsulların sayı artıq 500-dən çoxdur (almanın-24, pomidorun-11, şəkər çuğundurunun-10, qarğıdalının-133,  kartofun-33, düyünün-17, badımcanın-12, günəbaxanın-3 və s.). Belə bitkilər elmin son nailiyyəti hesab olunur və müxtəlif ekoloji-coğrafi ərazilərdə ayrı-ayrı bitki sortlarının becərilməsinə, xəstəliklərə, ziyanvericilərə, şaxtalara davamlıqları ilə müşayiət olunur. Onlardan yüksək məhsul əldə edilir. Bitkilər arasında belə gen köçürülmələri əhəmiyyətlidir. Ancaq müxtəlif heyvanların genləri köçürülmüş yeni bitki sortları genetik baxımdan daha çox fəsadlar verə bilər. Belə bitkilərə transver edilmiş genlər həmin sort üçün tamamilə yad olan yeni zülalların sintezinə rəvac verir və nəticədə geni modifikasiya olunmuş bitki sortu müəyyən fizioloji dəyişkənliklə müşayiət edilir. Belə məhsulların qəbulundan sonra həm indiki, həm də gələcək nəsillərdə verəcəyi fəsadlar məlum deyil. Oeyd edək ki, artıq belə məhsullar, xüsusilə giləmeyvə və meyvə məhsulları ölkənin satış bazarlarına asanlıqla daxil olur. Ona görə də belə bitkilərin və onların məhsullarının mövcudluğu müvafiq icra orqanları tərəfindən aşkarlanaraq idxalına və satışına qadağa qoyulmalıdır. Belə məhsullar ancaq dövlətin xüsusi icazəsi olduqda idxal edilə bilər.

 

 

Varis QULİYEV,

 

AMEA-nın Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun laboratoriya müdiri, kənd təsərrüfatı elmləri doktoru

 

Azərbaycan. - 2013.- 16 avqust.- S. 9.