Oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin uzunmüddətli monitorinqinə başlanılmışdır

 

MDB Parlamentlərarası Assambleyası Şurasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialı bu il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin uzunmüddətli monitorinqinə başlamışdır.

Qurumun Bakı filialının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, monitorinq çərçivəsində Bakıda və respublikanın 5 bölgəsində - Sumqayıt, Qusar, Gəncə, Şəki və Lənkəranda ekspertlər qrupunun qərargahları yaradılmışdır. Qərargahlarda fəaliyyət göstərən ekspertlər təsdiq olunmuş plana əsasən prezident seçkilərinin təşkili və keçirilməsinin uzunmüddətli monitorinqini həyata keçirirlər.

Qərargahların fəaliyyəti oktyabrın 10-dək davam edəcəkdir. Aparılan monitorinqlərin nəticələri MDB Parlamentlərarası Assambleyasının aralıq hesabatında öz əksini tapacaqdır.

 

Azərbaycan. - 2013.- 16 avqust.- S. 11.