Azərbaycan Prezidenti İlham Əliyevin Qax rayonuna səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da respublikanın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qax rayonuna gəlmişdir.

Dövlət başçısı əvvəlcə rayon mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir.

Sonra Prezident İlham Əliyev yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin, Olimpiya İdman Kompleksinin açılışlarında iştirak etmişdir. Olimpiya İdman Kompleksi ilə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Daha sonra dövlət başçısı Heydər Əliyev Mərkəzinin açılışında, Qax şəhərinin su təchizatı kanalizasiya sistemləri kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

Prezident İlham Əliyevin Qaxa səfəri çərçivəsində "El Resort" otelinin Konfrans Mərkəzi açılmışdır (Dövlətimizin başçısının Qax rayonuna səfərindən geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 17 avqust.- S. 4.