İndoneziya Respublikasının Prezidenti zati-aliləri cənab Susilo Bambanq Yudhoyonoya

 

Hörmətli cənab Prezident!

 

İndoneziya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycanla İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına sülhrifah diləyirəm.

 

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 14 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 17 avqust.- S. 5.