Qaxda Heydər Əliyev Mərkəzi açılmışdır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Qaxa səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Ölkəmizin hər yerində olduğu kimi, qaxlılar da ulu öndər Heydər Əliyevin xatirəsini əziz tuturlar. Şəhərdə yeni tikilən Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə ulu öndərin həyata keçirdiyi müdrik siyasət nəticəsində müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara geniş yer verilmişdir.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidentinə məlumat verildi ki, milli memarlıq  ənənələrini saxlamaqla ən müasir üslubda tikilən mərkəzin inşasına 2011-ci ilin noyabrında başlanmışdır. Yerli inşaat materiallarının istifadə edildiyi tikinti işləri rayonun daxili imkanları hesabına həyata keçirilmişdir. Foyedə ümummilli lider Heydər Əliyevin möhtəşəm abidəsi və məlumat-informasiya köşkü vardır. Ümumi sahəsi  670 kvadratmetr olan əsas zal dörd hissəyə bölünmüşdür. Lakin hərəkət edən arakəsmələr zalı bütöv şəklə salaraq 600 nəfərin iştirakı ilə konfrans keçirməyə imkan verir. Zalın yan divarları səkkizguşəli ornamentli şüşələrlə örtülmüş, xüsusi ekranlartablolarda ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fraqmentlər işıqlandırılmışdır. Zalın bir hissəsi 8 qatlı xüsusi elektron pərdə ilə kəsilərək kinozala çevrilmişdir. Burada Azərbaycanın müasir tarixini, iqtisadisosial inkişafını əks etdirən filmlər nümayiş olunur.

Prezident İlham Əliyev zalda Qax rayonunun elektron xəritəsinə, eləcə də ulu Öndərin xarici ölkələrə səfərlərini əks etdirən elektron lövhələrə baxdı.

Mərkəzdə xoreoqrafiya, millibal rəqsləri, sənət dərnəkləri fəaliyyət göstərəcəkdir. Burada, həmçinin ingilis, yaponrus dilləri sinfi vardır. Mərkəzdə internet kafe, elektron kitabxana, virtual otaqlar da yüksək standartlara cavab verir.

Dövlət başçısı mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirdi.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 18 avqust.- S. 3.