Balakəndə ümummilli liderin abidəsini ziyarət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakən rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, parkda geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır. Ümumi sahəsi 22 hektar olan bu park indi Balakən sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından biridir.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 18 avqust.- S. 4.