Zaqatalada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakənə səfərini başa çatdıraraq Zaqatalaya gəlmişdir.

Dövlət başçısı Zaqataladakı Heydər Əliyev Parkında  xalqımızın ümummilli liderinin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə məlumat verdi ki, Heydər Əliyev Parkı son illər sakinlərin istirahət üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilmişdir. Burada yerli əhali və eləcə də qonaqların istirahətinin təşkili üçün hər cür şərait vardır.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 18 avqust.- S. 6.