Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 198             Bakı şəhəri, 2 avqust 2013-cü il

 

 

 

"Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

 

"Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 582-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 mart tarixli 849 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 197; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 9, maddə 822, ¹11, maddə 989; 2008, ¹ 2, maddələr 116, 125, ¹ 9, maddə 853, ¹ 10, maddə 928; 2009, ¹ 6, maddə 491; 2010, ¹ 8, maddə 764; 2011, ¹ 6, maddə 566; 2012, ¹ 1, maddə 36, ¹ 5, maddə 488, ¹ 12, maddə 1352; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 may tarixli 90 nömrəli qərarı) ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"nin 3.10.1-ci yarımbəndində "qeydiyyata alınması haqqında vəsiqə" sözləri "şəxsiyyətini təsdiq edən sənəd" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.- 18 avqust.- S. 8.