Nəqliyyat naziri Masallıda vətəndaşları qəbul etmişdir

 

Avqustun 20-də nəqliyyat naziri Ziya Məmmədov Masallı şəhərindəki Gənclər Mərkəzində bu rayondan, eyni zamanda, Cəlilabad, Biləsuvar, Cəbrayıl, Yardımlı, Lənkəran, LerikAstaradan olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləmişdir.

AzərTAc xəbər verir ki, qəbulda Milli Məclisin deputatı, "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov və Nəqliyyat Nazirliyinin digər rəhbər işçiləri iştirak etmişlər.

Vətəndaşların nazirə müraciətləri əsasən rayonlararası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, işlə təmin edilmək və digər məsələlərlə bağlı olmuşdur.

Qəbulda qaldırılan məsələlərin demək olar ki, əksəriyyəti yerindəcə həll olunmuş, vətəndaşların digər müraciətləri müvafiq köməklik göstərilməsi məqsədilə nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilmişdir.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan, şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınmış nəzarətə götürülmüşdür.

 

Azərbaycan. - 2013.- 21 avqust.- S. 2.