İqtisadi inkişaf naziri İsmayıllıda vətəndaşları qəbul edəcəkdir

 

Avqustun 23-də iqtisadi inkişaf naziri Şahin Mustafayev İsmayıllı şəhərində Ağsu, Qobustan, Şamaxı və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, vətəndaşların qəbulu saat 10.00-dan etibarən Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri, H.Əliyev prospekti, 57) təşkil olunacaqdır.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 598-95-10, 493-88-67  (21-42), (050) 359-35-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Qumru Əsgərova), nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Dağlıq Şirvan regional bölməsi (ünvan: Şamaxı şəhəri, H.Əliyev küçəsi, 23, əlaqələndirici şəxs Azər Qasımov, əlaqə telefonu: (02026) 5-10-25, (050) 395-02-56, elektron poçt ünvanı: d.shirvan@rambler.ru) vasitəsilə müraciət edə bilərlər.

Vətəndaşlar nazirliyin rəsmi internet və "facebook" səhifələrində yaradılmış "İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

 

Azərbaycan. - 2013.- 21 avqust.- S. 2.