İmran Cəfərzadə Berlindəki «Charite» klinikasında reanimasiyadan palataya köçürülmüşdür

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Almaniyanın "Charite" klinikasında müalicə olunan Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin vəziyyətinə dair həkimlərin avqustun 20-də növbəti konsiliumu keçirilmişdir.

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyindən bildirmişlər ki, həkimlər bütövlükdə müalicənin gedişindən razı qalıblar.

İmran Cəfərzadə reanimasiyadan palataya köçürülmüşonun müalicəsi həkimlərin xüsusi nəzarəti altında davam edəcəkdir.

 Üçüncü əməliyyatdan sonra xəstə özünü normal hiss edir və yaraların sağalmasında irəliləyiş müşahidə olunur.

Azərbaycanın Almaniyadakı səfirliyi İmran Cəfərzadənin həkimləri ilə intensiv əlaqə saxlayır və xəstənin durumuna dair Azərbaycan Respublikasının Prezidenti Administrasiyasını və Heydər Əliyev Fondunu davamlı olaraq məlumatlandırır.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 21 avqust.- S. 6.