Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın:

 

1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Naxçıvan bölməsinin aparatı, Gəncə bölməsinin aparatı, Elmi İnnovasiyalar Mərkəzi;

 

1.2. Heydər Əliyev Mərkəzi;

 

1.3. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi;

 

1.4. Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc);

 

1.5. "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi;

 

1.6. Azərbaycanda Atatürk Mərkəzi;

 

1.7. Azərbaycan Respublikasının dövlət arxivləri onların filialları, rayon (şəhər) dövlət arxivləri;

 

1.8. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın İşçi Qrupu;

 

1.9. Əsir İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu;

 

1.10. Azərbaycan Respublikasının Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;

 

1.11. Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin Dövlət Film Fondu onun Naxçıvan filialı;

 

1.12. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu;

 

1.13. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;

 

1.14. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;

 

1.15. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

2.1. dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının orta hesabla 10 faiz artırılmasını təmin etsin;

 

2.2. bu sərəncamın 1-ci hissəsində göstərilən təşkilatlarda 2.1-ci bəndində nəzərdə tutulan qurumlarda çalışan rəhbər digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini müəyyən etsin;

 

2.3. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

2.4. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

2.5. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 22 avqust.- S. 1.