Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 199                   Bakı şəhəri, 2 avqust 2013-cü il

 

 

"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları"nın  və "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi"nintəsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

 

"Yaşayış yeri olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 582-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 mart tarixli 849 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹1, maddə 29) ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. 3.7-ci bənddən və 6.5.3.1-ci yarımbənddən "Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə," sözləri çıxarılsın;

 

2. 3.7-ci bənddə "bu vəsiqələrin" sözləri "bu vəsiqənin" sözləri ilə, "həmin şəxslərin" sözləri "şəxsin" sözü ilə əvəz edilsin;

 

3. 4.4.2.1-ci yarımbənd ləğv edilsin;

 

4. 5.3-cü bənddən "və qeydiyyat" sözləri çıxarılsın.

 

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.- 22 avqust.- S. 2.