Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 201                   Bakı şəhəri, 2 avqust 2013-cü il

 

 

"Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

"Yaşayış yeri olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 582-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 mart tarixli 849 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 195; 2001, ¹ 10, maddə 663; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 5, maddələr 463, 472, ¹ 9, maddə 822, ¹ 10, maddə 902, ¹ 11, maddə 989; 2008, ¹ 2, maddələr 116, 125, ¹ 8, maddə 782; 2009, ¹ 6, maddə 491; 2010, ¹ 8, maddə 764; 2011, ¹ 5, maddə 454; 2012, ¹ 2, maddə 185, ¹ 5, maddə 486; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 may tarixli 88 nömrəli və 12 iyun tarixli 135 nömrəli qərarları) ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

 

1. 2.8-ci və 6.3-cü bəndlərin 2-ci yarımbəndlərində "qeydiyyata alınması haqqında vəsiqə" sözləri "şəxsiyyətini təsdiq edən sənəd" sözləri ilə əvəz edilsin;

 

2. 3.1-ci bənddə, 3.3-cü bəndin səkkizinci, onuncu, on ikinci abzaslarında "əcnəbinin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında vəsiqə" sözləri "Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd" sözləri ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.- 22 avqust.- S. 2.