Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 203                          Bakı şəhəri, 7 avqust 2013-cü il

 

 

 

"Ali təhsilin magistratura səviyyəsi  üzrə  ixtisasların (ixtisaslaşmaların) əsnifatı"nın, "Rezidenturada  həkim-mütəxəssis  hazırlığı aparılan ixtisasların  Təsnifatı"nın  və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən  düşmüş bəzi qərarlarının  Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun  tarixli 95 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

 

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 6, maddə 568; 2012, ¹ 4, maddə 388, ¹ 5, maddə 492; 2013, ¹ 3, maddə 331) ilə təsdiq edilmiş "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. "5. Təbiət ixtisasları qrupu" hissəsinin "060503 Fizika" ixtisasına "- Nanoelektronika" sözündən sonra "- Yüksək enerjilər fizikası" sözləri əlavə edilsin;

 

2. "7. Kənd təsərrüfatı ixtisasları qrupu" hissəsinin "060701 Torpaqşünaslıq və aqrokimya" ixtisasına "- Torpağın ekoloji monitorinqi və qorunması" sözlərindən sonra

 

"- Torpaqşünaslıq" sözü əlavə edilsin.

 

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.- 22 avqust.- S. 2.