Düşmən cavab atəşi ilə susdurulmuşdur

 

Ermənistan ordusunun bölmələri avqustun 19-da və 20-də gecə Azərbaycan Respublikasının Füzuli rayonunun Qorqan, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 22 avqust.- S. 8.