Rusingilis dillərində çap olunmuş «Dağlıq Qarabağda narkotrafik» adlı xüsusi kitabça beynəlxalq ictimaiyyətə çatdırılacaqdır

 

Bu gün Azərbaycanda narkotiklərin qeyri-qanuni dövriyyəsi, eləcə də narkomanlıqla mübarizə istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bununla belə, Azərbaycanın işğal olunmuş ərazilərdən narkotiklərin daşınması üçün istifadə edilməsi çox ciddi narahatlıq doğurur.

Narkotiklərə qarşı Milli Təbliğat Ofisindən AzərTAc-a bildirmişlər ki, dünya üzrə narkotiklərin 90 faizi Əfqanıstanda istehsal olunaraq Rusiyanın və Avropanın qara bazarlarına daşınmaqdadır. Azərbaycanın coğrafi cəhətdən Əfqanıstandan daşınan narkotiklərin tranziti yolunun üzərində yerləşməsi ilə bağlı yaranan təhlükələr, eyni zamanda, narkotiklərin Cənubi Qafqazın daha çox münaqişəli ərazilərindən keçirilməsi cəhdlərinə dair məlumatların öz təsdiqini tapması, sözsüz ki, Azərbaycanı narahat etməyə bilməz.

Müxtəlif mənbələrdən alınmış məlumatlara görə, narkotiklərin RusiyaAvropaya Azərbaycanın ayrılmaz ərazisi olan Dağlıq Qarabağın üzərindən daşınması faktları mövcuddur. Bir müddət əvvəl Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının uğurlu əməliyyat tədbirləri nəticəsində ifşa olunmuş cinayətkar dəstənin ilkin ifadələri bir daha sübut etmişdir ki, Dağlıq Qarabağ ərazisindən nəinki narkotiklər cənubdan şimala daşınır, eyni zamanda orada narkotik bitkilərin yetişdirilməsi və emalı prosesi də həyata keçirilir.

Narkotiklərə qarşı Milli Təbliğat Ofisinin analitik ekspert qrupu müxtəlif məlumat mənbələrinə istinadla prosesləri təhlil etmiş və nəticə etibarı ilə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində narkotiklərlə bağlı vəziyyəti əks etdirən "Dağlıq Qarabağda narkotrafik" adlı xüsusi kitabça hazırlanmışdır.

Kitabçanın hazırlanmasında məqsəd beynəlxalq ictimaiyyətin diqqətini bir daha bu aktual problemə yönəltməklə, Dağlıq Qarabağı işğal altında saxlayan qüvvələrin bu istiqamətdə qanunsuz fəaliyyətinin nəinki regionda sülhün və təhlükəsizliyin təmin olunmasına, eyni zamanda, böyük dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla regional əməkdaşlığın inkişafına mənfi təsir göstərdiyini diqqətə çatdırmaqdan ibarətdir. Rusingilis dillərində çap olunmuş kitabçanın ölkəmizdə akkreditə olunmuş diplomatik korpusa, habelə Xarici İşlər Nazirliyinin və Azərbaycanın digər ölkələrdəki səfirliklərinin köməyi ilə beynəlxalq ictimaiyyətə çatdırılması nəzərdə tutulmuşdur.

Ofisdən onu da bildirmişlər ki, bu, ilkin addımdır və növbəti mərhələlərdə toplanmış məlumatların əsasında regionu əhatə edəcək hesabatın hazırlanması planlaşdırılır. Daha sonra isə bu məlumatların 2013-cü il üzrə dünyada narkotiklərə dair illik hesabatda yer alması istiqamətində aparılacaqdır.

Ofisdə hesab edirlər ki, bütün bunlar BMT və onun müvafiq çərçivəsində Dağlıq Qarabağda narkotiklərlə bağlı qanunsuz fəaliyyətə son qoyulmasını nəzərdə tutan xüsusi bir qətnamənin hazırlanması məsələsinin gündəmə gətirilməsinə şərait yarada bilər.

Narkotiklərə qarşı Milli Təbliğat Ofisi Dağlıq Qarabağda qeyri-qanuni istehsal olunan narkotiklərin region ölkələrinin inkişafına və insanların həyatına, bütövlükdə dünya birliyinə yaratdığı təhlükəni bioloji terror hesab edirbunun qarşısını almaq üçün daha qəti addımlar atmağa səsləyir.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 23 avqust.- S. 3.