«Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi» mövzusunda məlumat sessiyaları başlayır

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı layihələrini davam etdirir. MSK Katibliyinin mediaictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyaları həmin layihələrdən biridir.

Məlumat sessiyaları rayonların icra hakimiyyətləri başçıları və dairə seçki komissiyalarının (DSK) sədrləri üçün təşkil ediləcəkdir.  Bu sessiyaların keçirilməsinin məqsədi icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri ilə seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi haqqında fikir mübadiləsi aparmaqdır. Məlumat sessiyalarının avqustun 23-də Bakıda, avqustun 27-də Mİngəçevirdə və bu ayın 30-da Şirvan şəhərində müvafiq bölgələrin rayon (şəhər) icra hakimiyyətləri başçıları və DSK sədrləri üçün keçirilməsi nəzərdə tutulmuşdur.

 

Azərbaycan. - 2013.- 23 avqust.- S. 3.