Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 17/107

 

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü 30-cu maddələrinə uyğun olaraq  qərara alır:

 

1. Şəlalə Kəmaləddin qızı İbrahimova 7 saylı Ordubad-Culfa seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.

 

2. Novruz Paşa oğlu Novruzov 3 saylı Babək-Kəngərli-Naxçıvan, Rafiq İslam oğlu Əsədov 7 saylı Ordubad-Culfa, İmamyar Bilman oğlu İsmayılov 39 saylı Kəpəz birinci (Gəncə), Seymur Bəxtiyar oğlu Əliyev 81 saylı Beyləqan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

 

Sədr        Məzahir Pənahov

 

Katib       Arifə Muxtarova

 

Katib       Mikayıl Rəhimov

 

 

22.08.13

 

Azərbaycan. - 2013.- 23 avqust.- S. 3.