Ukrayna Prezidenti zati-aliləri cənab Viktor Yanukoviçə

 

Hörmətli Viktor Fyodoroviç!

 

Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi ən xoş arzularımı qəbul edin.

Bu gün dost Ukrayna dövlətçiliyin suverenliyin möhkəmlənməsi, sosial-iqtisadi humanitar sahələrdə dərin dəyişikliklər həyata keçirilməsi yolu ilə inamla irəliləyir. Ölkənin beynəlxalq nüfuzu artır.

Əminəm ki, Azərbaycan-Ukrayna dövlətlərarası münasibətləri, bizim strateji tərəfdaşlığımız hərtərəfli əməkdaşlığımız dost xalqlarımızın ölkələrimizin mənafeyi naminə bundan sonra da sıx qarşılıqlı fəaliyyət qarşılıqlı dəstək məcrasında inkişaf edəcəkdir.

Hörmətli Viktor Fyodoroviç, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik uğurlar, dost Ukrayna xalqına sülh firavanlıq arzulayıram.

 

Hörmətlə,

 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 21 avqust 2013-cü il.

 

Azərbaycan. - 2013.- 24 avqust.- S. 1.