Əli Abbasov: Azərbaycanda bütün arayışları elektron formada almaq mümkün olacaqdır

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Elektron hökumət"in inkişafı üzrə yeni proqram hazırlamışdır.

AzərTAc xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə müsahibəsində demişdir.

Nazir bildirmişdir ki, bu proqramın tətbiqinə başlandıqdan sonra göstərilən xidmətlərin elektronlaşması prosesi gücləndiriləcəkdir.

Cari il yanvar ayının 1-dən etibarən Azərbaycanda elektron dövlət xidmətlərinin göstərilməsinə başlanılmışdır. Avqustun 1-nə olan məlumata əsasən, əhaliyə dövlət orqanları tərəfindən  300 mindən çox elektron dövlət xidməti göstərilmişdir.

Yeni proqram üzərində işlər son mərhələdədir və onun tətbiqi ilə dövlət orqanlarının xidmətlərinin elektronlaşması prosesi gücləndiriləcəkdir.

 

Azərbaycan. - 2013.- 24 avqust.- S. 7.