Uruqvay Şərq Respublikasının Prezidenti zati-aliləri cənab Xose Muxikaya

 

Hörmətli cənab Prezident!

 

Uruqvay Şərq Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Uruqvay arasındakı münasibətlər ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Uruqvay xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 22 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 25 avqust.- S. 1.