Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 207             Bakı şəhəri, 13 avqust 2013-cü il

 

 

 

"Ailə  tipli  kiçik  qrup evinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında

 

 

Azərbaycan  Respublikası  Prezidentinin  2006-cı il 29 mart  tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan  Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın tədbirlər planının 1-ci, 7-ci və 8-ci hissələrinə əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

"Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi" təsdiq edilsin  (əlavə olunur).

 

 

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

 

 

"Ailə  tipli  kiçik  qrup evinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında  Nazirlər Kabinetinin qərarının tam mətni ilə www.azerbaijan-news.az saytında tanış ola bilərsiniz.

 

Azərbaycan. - 2013.- 25 avqust.- S. 2.