Uğurlu xarici siyasət strategiyası

 

Son 10 ildə Azərbaycanın beynəlxalq arenada nüfuzu daha da yüksəlib

 

Xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər. Cənab İlham Əliyev ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun davam etdirmiş, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət yeritməklə milli maraqlarını maksimum səviyyədə qorumasına nail olmuşdur.

Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən iri dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi ruhlu iqtisadidemokratik islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diasporlobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Azərbaycan son illərdə regionun və dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqələri inkişaf etdirmək siyasətinə üstünlük vermiş, sivil qaydalara əsaslanan enerji diplomatiyası həyata keçirmişdir.

Azərbaycan Prezidenti xarici siyasətin ardıcıllığını və çevikliyini təmin etmək üçün ilk növbədə diplomatik korpusun fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasını təmin etməyə çalışmışdır. Müasir beynəlxalq münasibətlər sisteminin incəliklərinə dərindən bələd olan cənab İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın səfirlikləri qarşısında duran vəzifələri bir daha diqqətə çatdırmış, erməni lobbisinin cəfəng təbliğatının zərərsizləşdirilməsi baxımından hücum xətti üzərinə qurulan çevik diplomatiyanın həyata keçirilməsini vacib saymışdır.

Prezident İlham Əliyev bildirib: "Xarici siyasətlə bağlı ölkə qarşısında duran əsas vəzifə, əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu, bizim nəinki xarici siyasətdə, ümumiyyətlə, ölkə qarşısında duran əsas məsələdir. Bildiyiniz kimi, məsələ uzun illərdir öz həllini tapmır, ədalət, beynəlxalq hüquq normaları pozulurbu ədalətsizlik davam edir. Azərbaycan bu məsələnin həlli üçün bütün imkanlardan istifadə edir və etməlidir. Diplomatik səylər gücləndirilməlidir və gücləndirilir. Digər amillər də bu məsələnin həlli üçün öz rolunu oynamalıdır və bu istiqamətdə önəmli addımlar atılır. Əgər müstəqillik dövrünə nəzər salsaq görərik ki, bu 20 il ərzində Ermənistan ilə Azərbaycan arasındakı fərq, yəni, uçurum daha da böyük olmuşdur. Növbəti illərdə bu fərq yalnız və yalnız böyüyəcək və Azərbaycanın üstünlükləri daha da görünəcəkdir".

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanı təcavüzkar dövlət kimi tanıyırlar. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanı AŞ PA-da təmsil edən parlament nümayəndə heyətinin səyləri nəticəsində təşkilatın 2005-ci il yanvar sessiyasında qəbul etdiyi rəsmi sənəddə Ermənistan təcavüzkar dövlət kimi tanınmış, Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının yolverilməz olduğu vurğulanmışdır. Təşkilatın 1416 saylı qətnaməsində Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilmiş, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin və silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi vurğulanmışdır. Bu tələblər AŞ PA-nın 2005-ci il 1690 saylı tövsiyəsində də öz əksini tapmışdır. ATƏT-in faktaraşdırıcı missiyası nümayəndələrinin 2005-ci ilin martında Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı isə orada ermənilərin kütləvi şəkildə qanunsuz olaraq məskunlaşdırıldığı təsdiq olunmuş, bu fakt təşkilatın yekun hesabatında özünə yer almışdır.

Ötən illərdə Azərbaycanın haqlı mövqeyi təkcə Avropa Şurasında deyil, BMT, Avropa Birliyi,   ATƏT, NATO, İƏT, GUAM və digər beynəlxal təşkilatlarda da dəstəklənmişdir. 2010-cu il noyabrın 19-20-də Lissabonda keçirilmiş NATO-nun zirvə görüşünün yekun bəyannaməsində region ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişələrin məhz bu prinsipləri nəzərə almaqla həllinin vacibliyi vurğulanmışdır. Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı" adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilmişdir. Qətnamədə həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunmuşdur.

Ümumiyyətlə, rəsmi Bakının yürütdüyü prinsipial siyasətin nəticəsi olaraq, regionda sülh, sabitlikiqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyəli müzakirələrin son vaxtlar yenidən intensivləşməsi müşahidə olunur. Aşkar görünür ki, dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə mənfi təsir göstərməklə yanaşı, bölgədə iqtisadisiyasi maraqları olan dövlətlərin mənafelərini ciddi şəkildə təhdid edir. Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq beynəlxalq səciyyə daşıması da məhz bu amillə şərtlənir.

Beynəlxalq hüquq normalarına, qarşılıqlı inametimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini son illərdə daha da inkişaf etdirməyə nail olmuş, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləmişdir. Rəsmi Bakı tarazlı xarici siyasətlə regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına, Rusiya, ABŞ və Avropa dövlətlərinin regionda toqquşan maraqlarının optimal şəkildə uzlaşdırılmasına çalışmışdır. Respublikamızın diplomatiyada ardıcıl, qətiyyətli, prinsipial, öhdəliklərinə sadiq tərəfdaş imicini qazanması onun müxtəlif güc mərkəzləri ilə münasibətlərinin xarakterində hansısa şübhə və tərəddüdlərə yer qoymur.

"Bir ölkə ilə yaxşı münasibətlərdə olmaq o demək deyil ki, digəri ilə pis münasibətdə olmaq lazımdır" - deyən cənab İlham Əliyevin milli maraqları maksimum dərəcədə qorumaqla nüfuzlu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurur. İstənilən siyasi gərginliyin beynəlxalq hüquq prinsipləri əsasında, diplomatik danışıqlar və qarşılıqlı anlaşma şəraitində aradan qaldırılması zərurətini diqqətə çəkən rəsmi Bakı Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə, hansısa dövlətə hərbi güc tətbiqində platsdarm ərazi kimi istifadə edilməsinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan etmiş, bunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir.

Ulu öndərin balanslı xarici siyasət kursunu inamla davam etdirən dövlət başçısı İlham Əliyev ötən illərdə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. Son illərin bir sıra hadisələri deməyə əsas verir ki, cənab İlham Əliyev istər ABŞ və Qərbə, istərsə də Rusiyaya münasibətlərdə Azərbaycanın mənafeyinə xələl gətirə biləcək bütün məqamları çevikadekvat reaksiya ilə aradan qaldırmağa nail olmuşdur.

Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda ölkəmizə səfəri bir daha ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyini göstərdi. Bu səfər bir daha təsdiqlədi ki, iki qonşu dövlətin mövqeyi bir çox regional və beynəlxalq məsələlərdə üst-üstə düşür. Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətləri belə xarakterizə etdi: "Bugünkü səfər bizim münasibətlərimizin nə dərəcədə dinamik, uğurlu inkişaf etdiyini, ölkələrimizin və xalqlarımızın amallarına nə dərəcədə uyğun olduğunu bir daha nümayiş etdirir. Səfər çərçivəsində biz münasibətlərimizin çox geniş gündəliyini nəzərdən keçirdik, qarşılıqlı maraq doğuran bütün məsələləri müzakirə etdik və münasibətlərimizin gələcək inkişaf yollarını qeyd etdik. Rusiya ilə Azərbaycan arasında münasibətlər dostluğa, mehriban qonşuluğa, xalqlarımızın tarixinə, onların ortaq taleyinə, bu gün isə həm də qarşılıqlı maraqlara, möhkəm bazaya əsaslanır.

Siyasi sahədə münasibətlərimizin necə inkişaf etməsindən çox razıyıq. Biz beynəlxalq təşkilatlarda dostlar, tərəfdaşlar kimi əməkdaşlıq edirik. Bu gün bu məsələyə xüsusi diqqət yetirildi. Biz bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyirik və gələcəkdə də beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək siyasətini davam etdirəcəyik".

Beynəlxalq münasibətlər sistemində xüsusi çəkisi olan İtaliya ilə də qarşılıqlı faydalı münasibətlərin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birinə çevrilib. Bu da təsadüfi deyildir - İtaliya bu gün Avroranın ən böyüknüfuzlu dövlətlərindən biri olmaqla yanaşı, həm də demokratik-siyasi mərkəz statusunda çıxış edir. Rəsmi Roma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də ilk gündən ədalətli və beynəlxalq hüquq normalarına söykənən mövqe tutmuşdur.

İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Leta cari ayda Bakıya səfəri zamanı ölkəsinin mövqeyini bir daha ifadə etdi: "Dağlıq Qarabağ münaqişəsi başlayanda mən universitetdə oxuyurdum, beynəlxalq münasibətlər üzrə təhsil alırdım. Ona görə də mən bu problemlə tanışam. Münaqişə 20 ildən çoxdur davam edir. Bu da çox uzun bir müddətdir. Mən çox gözəl anlayıram ki, bu münaqişənin bundan sonra da belə səmərəsiz davam etməsi nə dərəcədə qorxunc bir fikirdir. İtaliya bu münaqişənin beynəlxalq praktikaya uyğun həlli istiqamətində səylərini əsirgəməyəcəkdir. Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən bir həll olmalıdır. Ənənəvi olaraq biz bu münaqişəyə böyük diqqət yetirmişik. Bizim diplomatlarımız bu məsələni diqqət mərkəzində saxlamışlar və ənənəvi olaraq müxtəlif təkliflər irəli sürülmüş və nəzərdən keçirilmişdir. Gələn il Avropa İttifaqına İtaliya sədrlik edəcəkdir. Bu, bizim üçün  böyük bir məsuliyyətdir. Sizi əmin etmək istərdim ki, biz bu münaqişənin beynəlxalq səviyyədə həllinə nail olmaq üçün əlimizdən gələni edəcəyik".

Uzun illər regionda siyasi orbitr rolunda çıxış etməyə iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi bu gün Azərbaycanın diplomatiyasının ən mühüm uğurlarından biri kimi vurğulana bilər. İrili-xırdalı bir çox dövlətin respublikamızla hesablaşması, ölkəmizin mənafeyini nəzərə alması, ilk növbədə, qətiyyətli, inamlı, praqmatik, dünya siyasi arxitekturasının reallıqlarına cavab verən xarici siyasətin nəticəsidir.

Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2013.- 27 avqust.- S. 1.