Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilmişdir

 

Avqustun 27-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Səlim Xəlifə Məhəmməd əl-Ğafli ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə hərbi əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Səfir Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək hərbi sərgidə iştirak üçün ölkəsinin müdafiə nazirinin dəvətini Səfər Əbiyevə təqdim etmişdir.

 

Azərbaycan. - 2013.- 28 avqust.- S. 2.