Belçika Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişafında maraqlıdır

 

Avqustun 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri xanım Karin Peçit ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Elmar Məmmədyarov Karin Peçiti ölkəmizə səfir təyin olunması münasibətilə təbrik etmişona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

 Azərbaycan-Belçika ikitərəfli əlaqələrinin inkişafından məmnunluğun ifadə olunduğu görüşdə nazir yeni təyin edilmiş səfirin iki ölkə arasındakı münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirmişdir.

Etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edən Karin Peçit ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətlərin davam etdirilməsində və inkişafında maraqlı olduğunu bildirmişdir. Xanım K.Peçit diqqətə çatdırmışdır ki, diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəkdir.

 

Azərbaycan. - 2013.- 28 avqust.- S. 2.