2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Yeni Azərbaycan Partiyası tərəfindən məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Böyükkişi oğlu Mirzəzadənin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 20/115

 

 

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Böyükkişi oğlu Mirzəzadə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş və həmin şəxsin üzvlüyünün təsdiq edilməsi üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin məşvərətçi səs hüquqlu üzv qismində təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 21, 28.2 və 28.4-cü maddələrinə əsasən  qərara alır:

 

1. 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Yeni Azərbaycan Partiyası tərəfindən məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Böyükkişi oğlu Mirzəzadə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir. 

 

 

 

Sədr        Məzahir Pənahov

 

Müavin     Natiq Məmmədov

 

Katib       Arifə Muxtarova

 

 

 

Üzvlər

 

Şaitdin Əliyev

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Bəxşeyiş Əsgərov

Almas Qəhramanlı

Akif Qurbanov

Etibar Quliyev

 

 

 

27.08.2013

 

Azərbaycan. - 2013.- 28 avqust.- S. 5.