M.A.Ağayevin «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Mübariz Alı oğlu Ağayev "Şöhrət" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 29 avqust.- S. 1.