IV muğam televiziya müsabiqəsi davam edir

 

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Beynəlxalq Muğam Mərkəzində IV muğam televiziya müsabiqəsi keçirilir.

AzərTAc xəbər verir ki, artıq dördüncü həftədir sənətsevərlərin görüşünə gələn muğam televiziya müsabiqəsinin  budəfəki seçim mərhələsi rəngarəng ifalarla yadda qalmışdır.

Minilliklərin dizini qatlayaraq günümüzə gəlib çatan, keçmişimizdən bizə yadigar qalan muğamlarımızın gənc xanəndələrimizin ifalarında səslənməsi sevilməsi əslində milli kökə, mədəniyyətimizə sadiqliyimizin göstəricisidir.

Hər həftə fərdi rəngarəng ifalarla tamaşaçıların görüşünə gələn gənc xanəndələr bacarıq istedadlarını bir daha peşəkar münsiflər heyətinə nümayiş etdirmişlər.

Müsabiqənin budəfəki seçim turunda isə xanəndələr dahi Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərinin yer aldığı muğam təsnifləri təqdim etmişlər.

Dördüncü muğam televiziya müsabiqəsi həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı keçirilir. Müsabiqənin bütün konsertləri Azərbaycan Televiziyası və "Mədəniyyət" kanalı ilə canlı yayımlanır.

 

Azərbaycan. - 2013.- 29 avqust.- S. 10.