Sabirabad şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Prezidenti İlham Əliyevin Sabirabad, Saatlı Ağcabədi rayonlarına səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Sabirabad rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstəsi qoydu.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda aparılan abadlıq işləri barədə məlumat verdi.

Bildirildi ki, tamamilə yenidən qurulan meydanın ərazisi 8,5 min kvadratmetrdir. Burada dörd fəvvarə quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılmışdır. Meydanın ərazisində Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı üçün inzibati bina inşa edilmiş, rayon icra hakimiyyətinin, mədəniyyət evinin və digər dövlət idarələrinin binalarının fasadları yenidən qurulmuşdur. Burada geniş yaşıllaşdırma işləri görülmüş, müxtəlif gül kolları və həmişəyaşıl ağaclar əkilmiş, oturacaqlar qoyulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 30 avqust.- S. 1.