«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri 2003-2013» kitabının Çin dilində nəşrinin Pekində keçirilmiş təqdimat mərasimi Türkiyə KİV-də geniş işıqlandırılmışdır

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyinin təşkilatçılığı ilə Pekinin Dünya Mədəniyyət Mərkəzində "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri 2003-2013" kitabının Çin dilində nəşrinin təqdimat mərasimi keçirilmişdir.

SAM-dan AzərTAc-a bildirmişlər ki, bir çox nüfuzlu şəxslərin - hökumət nümayəndələrinin, elm xadimlərinin, adamlarının, kütləvi informasiya vasitələri rəhbərlərinin, Rusiya və Qırğızıstanın bu ölkədəki səfirlərinin, Türkiyə, Venesuela, MoldovaUkraynadan olan diplomatların iştirak etdikləri tədbir yerli və beynəlxalq KİV-də geniş işıqlandırılmışdır.

Təqdimat mərasimi və kitabla bağlı Türkiyə qəzet və xəbər portallarında da çoxsaylı materiallar dərc olunmuş, həmçinin tədbirdən bəhs edən videoçarx yerləşdirilmişdir. "Zaman" qəzetinin və "Ekovitrin" jurnalının saytlarında, "Haber3", "Fokushaber", "Haberler" və digər xəbər portallarında "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri 2003-2013" kitabının Çin dilində nəşrinin əhəmiyyətindən, təqdimat mərasiminin diqqətçəkən məqamlarından bəhs olunur. Qeyd edilir ki, tədbirə qatılan çinli rəsmilər Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurları təqdir etmiş, kitabın Azərbaycanın tanınmasına dəstək olacağını demişlər.

Dərc olunan materiallarda Çində keçirilən təqdimat mərasiminin maraqla qarşılanması, tədbirdə bu ölkənin rəsmi şəxslərinin, elm xadimlərinin, adamlarının, yerli KİV rəhbərlərinin və müxtəlif ölkələrdən olan diplomatların iştirak etməsi xüsusi vurğulanır. Eyni zamanda, Azərbaycanın Çindəki səfiri Lətif Qəndilovun və SAM-ın direktoru Fərhad Məmmədovun ölkəmizin keçdiyi inkişaf yolundanPrezident İlham Əliyevin dövründə qazanılan uğurlardan ətraflı söz açdıqları bildirilir.

"Zaman" qəzetinin saytında qeyd olunur ki, kitabla bağlı Türkiyənin "Cihan" xəbər agentliyinə müsahibə verən səfir Lətif Qəndilov Azərbaycan ilə bağlı həqiqətlərin çinli oxuculara çatdırılması üçün belə bir layihə həyata keçirdiklərini demişdir. Səfir Azərbaycanın müxtəlif sahələrdə qazandığı uğurlardan danışaraq bildirmişdir ki, bu uğurlar Prezident İlham Əliyevin son on ildə həyata keçirdiyi praqmatik siyasətin başlıca yekunudur. Bu baxımdan kitab çinli oxucular üçün faydalı olacaq, onlara Azərbaycanı daha yaxından tanımaq, ölkəmizin keçdiyi inkişaf yolu ilə bilavasitə tanış olmaq imkanı yaradacaqdır.

"Haberler" portalı isə diqqətə çatdırır ki, son iki ildə Çin dilində bir sıra layihələr üzərində çalışdıqları barədə məlumat verən F.Məmmədov təqdimatı keçirilən kitabın ölkəmizin daxilixarici siyasətinin Çində təbliğinə yardımçı olacağını söyləmişdir. Onun sözlərinə görə, Azərbaycanla bağlı Çin dilində yetərincə mənbə olmadığından, bu boşluğu doldurmaq üçün belə böyük bir layihə həyata keçirilmişdir.

Türkiyə KİV-də yayılan materiallarda belə bir fikir xüsusi vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti ilk növbədə dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə yönəlmişdir. Çin dilində nəşr olunan bu kitab çinli oxucuların müstəqil Azərbaycanı və Prezident İlham Əliyevi tanımasına kömək edəcəkdir.

 

Haqqında söhbət gedən xəbərləri aşağıdakı linklər vasitəsilə əldə etmək mümkündür:

 

http://www.zaman.com.tr/dunya_azerbaycan-cumhurbaskani-aliyevin-kitabi-cinceye-cevrildi-ozel_2125138.html

 

http://www.ekovitrin.com/dunya/azerbaycan-cumhurbaskani-aliyevin-kitabi-cinceye-cevrildi-ozel-h40311.html

 

http://www.haberimport.com/haber/azerbaycan-cumhurbaskani-aliyevin-kitabi-cinceye-cevrildi-ozel-272269.htm

 

http://www.eurovizyon.co.uk/dunya/ilham-aliyevin-kitabi-cince-yayinlandi-h23050.html

 

http://www.focushaber.com/fotogaleri/aliyev-in-kitabi-cinceye-cevrildi-g-20286

 

http://www.haber3.com/azerbaycan-cumhurbaskani-aliyevin-kitabi-cinceye-cevrildi-haberi-2160307h.htm

 

http://www.haberler.com/azerbaycan-cumhurbaskani-aliyev-in-kitabi-cinceye-4986597-haberi/

 

Azərbaycan. - 2013.- 30 avqust.- S.3.