Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 21/124

 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 iyul 2003-cü il tarixli 18/108 saylı Qərarı ilə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması üçün müəyyən edilmiş qaydalara riayət etmək məqsədilə komissiyanın nəzdində Mətbuat qrupu yaradılmışdır.

Seçkiqabağı təşviqatın aparılmasında qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət etmək məqsədi ilə yaradılmış Mətbuat qrupunda fəaliyyət göstərmək üçün bəzi kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Bununla əlaqədar həmin qrupun tərkibində müvafiq dəyişiklik edilməsi zərurəti yaranmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74.5-ci maddələrinə və "Kütləvi informasiya vasitələrində seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində Mətbuat qrupu haqqında Əsasnamə"nin 1.1-ci bəndinə əsasən qərara alır:

 

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibinə "Trend" İnformasiya Agentliyinin, "Kaspi" və "Gündəlik teleqraf" qəzetlərinin nümayəndələri daxil edilməklə tərkibində dəyişiklik edilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

Sədr        Məzahir Pənahov

 

Katib       Arifə Muxtarova

 

Katib       Mikayıl Rəhimov

 

 

29.08.2013

 

Azərbaycan. - 2013.- 30 avqust.- S. 7.