Malayziyanın Ali Başçısı əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha

 

Əlahəzrət!

 

Malayziyanın milli bayramı - Müstəqillik Günü münasibətilə SiziSizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Malayziya münasibətləri və dostluq əlaqələri genişlənərək və inkişaf edərək, ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

 Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Malayziya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı, 28 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 31 avqust.- S. 6.