Azərbaycan nümayəndə heyəti Brüsseldə səfərdə olmuşdur

 

İqtisadi inkişaf naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa İttifaqının (Aİ) genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin dəvəti əsasında Brüsseldə səfərdə olmuşdur.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər zamanı Şahin Mustafayev Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin nəqliyyat üzrə komissarı S.Kallas, Aİ-nin genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ş.FüleAvropa İnkişaf Bankının (AİB) vitse-prezidenti V.Moltererlə görüşlər keçirmişdir.

Nazir Ş.Mustafayev nəqliyyat üzrə komissar S.Kallasla görüşdə Azərbaycanda və regionda həyata keçirilən nəqliyyat layihələri barədə ətraflı məlumat verərək, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətindən danışmış və bunun Cənubi Qafqaz regionunda regional əməkdaşlığın inkişafının bariz nümunəsi olduğunu bildirmişdir. Ş.Mustafayev tam regional inkişafın və əməkdaşlığın yalnız Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsindən sonra mümkün ola biləcəyini diqqətə çatdırmışdır.

Komissar Kallas Azərbaycanın mürəkkəb coğrafi məkanda yerləşdiyini çox yaxşı anladığını və ölkənin bölgədə sabitləşdirici rol oynadığını qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Aİ tərəfindən dəstəkləndiyini bildirmişbu mühüm regional nəqliyyat layihəsinin bölgədə sülh və təhlükəsizliyə töhfə verəcəyini vurğulamışdır.

Nazirin komissar Füle ilə görüşdə Azərbaycan ilə Aİ arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanlarına dair geniş fikir mübadiləsi aparılmışdır. Ştefan Füle Azərbaycanın Avropa İttifaqı üçün müstəqil və etibarlı tərəfdaş olduğunu vurğulamış, Aİ tərəfindən ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün dəstəkləndiyini qeyd etmişdir.

Ş.Füle Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin bu ilin iyununda Brüsselə səfərini yüksək qiymətləndirərək, bu səfərin Avropa İttifaqı-Azərbaycan münasibətlərinin bir sıra strateji istiqamətlər üzrə inkişafına töhfə verdiyini diqqətə çatdırmışdır.

Görüş zamanı Şahin Mustafayev Aİ ilə əməkdaşlığın ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd etmiş, Avropa İttifaqı ölkələrinin Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcminə görə öncül yer tutduğunu və ölkəmizin əsas xarici ticarət tərəfdaşı olduğunu bildirmişdir.

İqtisadi inkişaf naziri, həmçinin regiondakı siyasi-iqtisadi vəziyyət barədə də geniş məlumat vermiş, regionun gələcək inkişafının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsindən asılı olduğunu vurğulamışdır.

Görüşdə iqtisadi inkişaf naziri Ş.Mustafayevkomissar Ş.Füle tərəfindən Aİ ilə Azərbaycan arasında fəaliyyət planı üzrə maliyyələşdirmə sazişi imzalanmışdır.

Ş.Mustafayev Brüsselə səfəri çərçivəsində Avropa İnkişaf Bankının vitse-prezidenti V.Moltererlə də görüşmüşdür. Görüşdə Azərbaycan Respublikası ilə Avropa İnkişaf Bankı arasında gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılmışdır.

Görüşün sonunda Azərbaycan Respublikası ilə Avropa İnkişaf Bankı arasında AİB-in Azərbaycanda fəaliyyətini tənzimləyən çərçivə sazişi imzalanmışdır.

 

 

Azərbaycan. - 2013.- 31 avqust.- S. 7.